Azərbaycanlı klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial şəbəkədə həyat yoldaşının şəklini paylaşıb.
Teleqraf.com-un məlumatına görə, musiqiçi paylaşdığı şəkildə xanımının üzünü “smylik”lə tutub. O fotoya “Səninlə açan hər günüm gözəl, həm də özəl” şərhini yazıb.
Qeyd edək ki, klarnet ifaçısı İnci xanımla evlidir. Cütlüyün bu evlilikdən 2 qızı var. Xanımı mətbuata açıqlama verən zaman bildirib ki, Hüseyn ona yardım edir: “Hüseyn evdə də zarafatcıl, deyib-güləndir. Dadlı yeməklər hazırlaya bilir. Ev işlərində vaxtı olanda mənə kömək edir”.