Əməkdar artist Elza Seyidcahan imicində dəyişiklik etdirib.
Teleqraf.com-un məlumatına görə, müğənni bunun üçün stilist Pərviz Mirzəyevin yanına gedib. İmic ustası isə ifaçının qara saçlarını şabalıdı rəngə boyayıb. Daha sonra stilist Elzanın makiyajını da yeniləyib. Əməkdar artist yekunda yeni imicdə olan video və şəkillərini sosial şəbəkədə izləyiciləri ilə bölüşüb.
Elza Seyidcahanın görüntülərini təqdim edirik: