Müğənni Kərim Abbasov şəxsi həyatından danışıb.
Teleqraf.com-un məlumatına görə, ifaçı “Şou məkan” verilişində bildirib ki, xanımdan qorxmur:
“Deyəcəyəm ki, xanımımdan qorxmuram, deyəcəklər ki, ağzına gələni danışır. Desəm, arvaddan qorxuram, deyəcəklər, sən necə kişisən ki, arvadından qorxursan.
Mən qorxmuram... Sadəcə aramızda hörmət var. Qadından qorxmaq yox, onun fikirlərinə hörmətlə yanaşmaq lazımdır. Kişisən deyə hər şey sən deyən kimi olmamalıdır. Həyatda hər şey qarşılıqlı olmalıdır”.
Qeyd edək ki, Kərim Təranə adlı xanımla evlidir. Cütlüyün bu evlilikdən bir övladı var.