7 Noyabr 2018 17:04
1 455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Mənzurə Musayeva “Şou ATV” verilişinə qonaq olub.

Teleqraf.com-un məlumatına görə, ifaçı verilişdə “Əməliyyatdan 15 gün olar ki, çıxmışam. Istədim gəlməyim, amma sizə hörmət əlaməti olaraq gəldim. Mənim əxlaqım belədir” deyib.

Onun bu sözləri aparıcı Nanə Ağamalıyevanın xoşuna gəlməyib. O, müğənnini bu sözlərinə görə, pərt edib: “Mənzurə xanım vaxt olub, xahiş edib ki, məni efirə çağırın”.

Mənzurə isə “Təbii, bu sözləri hamı deyib”. Nanə isə “Hamı yox, siz demisiz” söyləməklə müğənninin cavabını verib.


Müəllif: Aygül Qarayeva