Hollivud ulduzu Leonardo DiKaprio ona verilən Oskar mükafatını geri vermək məcburiyyətində qalıb.
Teleqraf.com xəbər verir ki, Malayziyanın sabiq prezidenti Necib Rezakın da adının hallandığı Malayziyanın İnkişaf Fondu korrupsiya istintaqı zamanı axtarılan iş adamı Co Lov haqqında həbs qərarı alınıb. Bütün var-dövləti əlindən alınan iş adamının məşhurlara verdiyi hədiyyələrin də geri alınmasına qərar verilib.
Leonorda DiKaprioya Oskar namizədliyi gətirən “Pul ovçusu” yəni “The Wolf of Wall Street” filminin maliyyəçilərindən olan Lov açıq artırma ilə aparılan satış zamanı Marlon Brandonun Oskarını 600 min dollara alıb, məşhur aktyora hədiyyə etmişdi.
Qeyd edək ki, DiKaprio mükafatı geri verəndən sonra Oskar mükafatını Kino Sənətləri və Elmləri Akademiyası 1 dollara alaraq muzeydə sərgiləyəcək.