ATV-də yayımlanan "Maşın şou"nun növbəti buraxılışı da qalmaqalsız ötüşməyib.
Teleqraf.com xəbər verir ki, bu dəfə Sərxan Kərəmoğlu digər iştirakçı, müğənni Samir Cavadzadə ilə söz savaşına çıxıb.
Samir verilişin aparıcısı Murad Dadaşovun səsverməyə Mina Hüseynin çıxarması ilə bağlı verdiyi suala "Mənim heç nədən xəbərim yoxdur. Bu. mənim oyunum deyil" deməsi Sərxanı özündən çıxarıb.
O, Samiri ilan adlandırıb:
"Samir ilandır, zəhəri də təpəsində".
Cavadzadə Kərəmoğlunun sözlərinə heç bir cavab verməyib.