“Pişik” ləqəbi ilə tanınan müğənni Günel Ələkbərova falçılardan danışıb.
Teleqraf.com-un məlumatına görə, "Şou məkan" verilişinə açıqlamasında deyib ki, tez-tez falçı yanına gedir:
"Falçıya getməyimi gizlətmirəm. Kim yaxşı gündən falçıya gedir? Dara düşəndə, psixoloji sarsıntı yaşayanda adam təsəlli tapır. Başqaları kimi gedib mərdimazarçılıq etmirəm. Sıxıntım olanda yanına getdiyim falçılar var. Biz müğənnilərin adı çıxıb, o qədər adi adamlar gedir ki...
Falçılar haqda danışıram, başlayır hamı yazmağa ki, adı nədir getdiyin falçının? İndi qadınlardan çox kişilər gedir. Kişi müğənnilər var ki, gedib ruzi duası yazdırırlar. Hansısa bir işi görməzdən əvvəl falçıyla məsləhətləşirəm".