27 Avqust 2014 11:50
1 548
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Uşaqlıq illərimdə kök, yöndəmsiz uşaqdım. Məktəbdə sinif yoldaşlarım daim mənə sataşır, təhqir edir, aşağılayırdılar. Özümü çox pis hiss edirdim. "Gombul", "piy tuluğu" sözlərini axı nə qədər eşitmək olardı?! O nifrət etdiyim məktəbi qurtaranda elə sevindim ki. Axı məni aşağılayanları bir daha görməyəcəkdim".


27 yaşlı Frenki Uayldın dediyinə görə, məktəbin son sinfində olanda onu hətta bıçaqla təhdid etmişdilər.

İndisə Frenki Britaniyanın ən məşhur modellərindən birinə çevrilməkdədir.

Teleqraf.com Milli.Az-a istinadən bildirir ki, 10 il əvvəl, Frenki 17 yaşı olanda Londondakı model agentliklərindən biri onu "kəşf" etmişdi.

Beləcə, Frenki əyalət şəhəri sayılan Nyukasl-Taynı tərk edərək Londona yollanıb, model kurslarında oxumağa başlayıb.

İndi o, çoxsaylı reklam fotosessiyalarına çəkilir, tanıtım aksiyalarının siması rolunu oynayır.

"Həyatımın ən gözəl arzularında belə, düşünməzdim ki, belə məşhur olacağam, model çalışacağam", - Frenki deyib.


Müəllif:

Oxşar xəbərlər