13 Yanvar 2019 01:57
2 711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aşıq Zülfiyyənin nəvəsi Renat Quluzadə modelliyə başlayıb.

Teleqraf.com-a açıqlama verən xanım aşıq bildirib ki, nəvəsinə bu təklif moda şirkəti tərəfindən gəlib:

“Bu yaxınlarda nəvəm 2 şirkətlə əməkdaşlığa başladı. Artıq bir neçə çəkilişləri də baş tutdu. Görürəm ki, çəkilişlərə meyllidir. İnşallah gələcəkdə hansı sahəyə istəsə, o sahəyə də yönləndirəcəyik”.

Qeyd edək ki, Renat Quluzadə Aşıq Zülfiyənin övladı, müğənni Babək Quluzadənin oğludur.


Müəllif: Aygül Qarayeva