Müğənni Nigar Camal sosial şəbəkədə adına saxta intim video yayılmış həmkarı Damlanı müdafiə edib.
Teleqraf.com xəbər verir ki, o bu barədə özünün İnstaqram hesabında yazıb.
Nigar Camal bu saxtakarlığın xoşagəlməz hal olduğunu bildirib:
“Şər və böhtan atan saytlar ədalət qarşısında cavab verməlidir. Kimsə haqda saxta bir video hazırlamaq çox çirkindir. O bir anadır və bir oğul böyüdür. Xalqın tanıdığı bir adama ləkə yaxmaq yaxşı hal deyil”.