"Azərbaycanın səsi" yarışmasının final bölümünün sonunda bir çox maraqlı anlar yaşanıb.
Teleqraf.com-un məlumatına görə, yarışmanın qalibi xalq artisti Nazpəri Dostəliyevanın tələbəsi birinci seçilib.
Belə ki, tələbəsinin adını eşidən zaman səhnəyə gələn müğənninin ayağı ilişib və yıxılmaq təhlükəsi yaşayıb.
Sevincindən yıxılmağa fikir verməyən Dostəliyeva səhnəyə çıxaraq "Onun müəlliməsi də birincidir. Biz hər yerdə birinci olacağıq" deyə, əməkdar artist Elza Seyidcahana söz atıb.