17 Mart 2019 22:28
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kurtlar Vadisi”, “Ruhsar”, “Ağır Roman” kimi filmlərdə rol alan aktyor Levent Erim həyat yoldaşı Ayşe Fezadan boşanıb.

Teleqraf.com xəbər verir ki, cütlüyün münasibətlərinin pozulmasına səbəb aralarındakı fikir ayrılığı və soyuqluq olub. Aktyor açıqlamasında xanımı ilə bir-birindən təzminat tələb etmədiklərini deyib.

Xəbərə görə, Leventin vəkili ərizədə bu sözləri yazıb:

“Tərəflərin evliliyi davam etdirəcək səbəbi qalmayıb. Yolda gedə bilmədikləri üçün boşanmaq zəruri hala gəlib”.

Qeyd edək ki, cütlük 11 il əvvəl ailə qurub.


Müəllif: Teleqraf.com