20 Mart 2019 12:26
1 799
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Zahid, bu gün də səni çox gözlədim gəlmədin. Sənə qurban olum, səni həmişə gözləyəcəm".

Teleqraf.com xəbər verir ki, bu sözləri əməkdar artist Gülsabah Şükürlü bir müddət əvvəl dünyasını dəyişən həyat yoldaşının ünvanına yazıb. Birlikdə fotolarını paylaşan qarmon ifaçısı mərhum əri üçün çox darıxdığını qeyd edib:

"Artıq beynim donub, nə danışdığımı belə bilmirəm. Sənsiz çox darıxıram. Heç kim mənə təsəlli verə bilmir. İnstaqram mənim xatirə dəftərimə çevrilib. Burada olan dostlarım, hamınızdan üzr istəyirəm. Sizin də bəlkə kefinizi pozuram, məni bağışlayın.

Burada mənə dəstək olan, dərdimə şərik olan, başsağlığı verən insanlar, hamınıza minnətdaram. Çox sağ olun, Allah hamınızdan razı olsun".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər