“Bu gün Bakı aeroportunda maraqlı halla qarşılaşdım. Bizimlə birlikdə 2 məşhur və bir modelfason qız İstanbuldan Bakıya gəlirdi. Fotodakı Nazilə xanım çox mədəni və sakit şəkildə pasport nəzarətindən keçib getdi. Ancaq çox məşhur aktrisamız və modelfason qız özlərini çox səviyyəsiz şəkildə aparırdılar, hər kəsin gözü önündə çamadanın üstünə çıxıb, qışqırırdılar. Dediyim odur ki, məşhur dediyimiz adamlar çox vaxt səviyyəsiz və düşük insanlar olur. Ancaq bu sözlərin Nazilə xanıma dəxli yoxdur”.
Publika.az xəbər verir ki, bu sözləri Türkiyədən Pərvin Abıyeva və Səmra Hüseynova ilə birlikdə qayıdan Aysel Qəribova adlı sərnişinlərdən biri instaqramda paylaşıb. Onun bu sözləri qısa müddətdə maqazin səhifələrində yayılıb.
O bildirib ki, Nazilə Səfərli ilə yanaşı İstanbuldan Bakıya gələn digər məşhur 2 xanım aktrisa Pərvin Abıyeva və fotosessiyaları ilə gündəm yaratmağı bacaran Səmra Hüseynovadır. Daha sonra qeyd edib ki, içkinin təsiri altında olan aktrisa ilə modeli ətrafda çox adam lentə aldı.
Aktrisa ilə model dünən gecə həqiqətən də İstanbuldan Bakıya qayıdıb. Onlar hava limanından və təyyarədən bir neçə foto paylaşıb. Hətta Abıyeva öz hesabında təyyarədə içki şəkilləri ilə diqqət toplayıb. Model xanım isə əllərində qədəhlə Heydər Əliyev adına hava limanında əyləndiklərini göstərən kadrları izləyiciləri ilə bölüşüb.