18 Aprel 2019 18:39
1 490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa Pərvin Abiyeva hava limanında sərxoş halda çəkilən görüntüləri barədə açıqlama verib.

Teleqraf.com xəbər verir ki, aktrisa bu haqda şəxsi hesabında paylaşım edib: “Limon suyu deyildi, “italyanski” ağ şərab idi. Nə gözəl ki, gəlişim sizə son bir ayda olan hadisələri unutdurdu, sevindim. 28 yaşında yetişkin qadınam, 15 yaşında yeniyetmə deyiləm. Dövlətin aeroportu, təyyarəsidir. Gizlin etməmişəm ki? İçmişəm, içmişəm də, siz içmirsiniz?”

Qeyd edək ki, müğənni Mətanət Əsədova içki məclisində çəkilən görüntüsü haqqında “içdiyim spirtli içki deyildi, limon suyu idi” açıqlamasını vermişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər