4 Sentyabr 2014 23:05
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deyirlər ki, qızlar minaaxtarana oxşayır. Cəmi bir dəfə səhv edir. İkinci dəfə üçün ona şans verilmir. Münasibətlər qurarkən ən çox buraxılan beş səhv haqqında söz açılır.


Səmimi və təbii olsanız, ilk baxışdan anlaşıqsız görünən məsələlər də məqbul sayılar. Əsası odur ki, qarşı tərəfə xoş münasibətinizi göstərib səmimi hisslərinizi açıqlayasınız. Bir də unutmayın ki, öz sevginizlə istəklinizin zəhləsini aparmamalısmız. Tez-tez: «Mən səni sevirəm. ancaq sən...» sözlərini də deməyin. Beləliklə,


Səhv 1


Addımbaşı nəzarət

Müasir dövrdə kişilərin ən çox çəkindiyi, bəlkə də artıq «iyrəndiyi» bir şey mobil telefona səbəbsiz, dəqiqəbaşı gələn zəngdir: «Hardasan?», «Neynirsən?», «Niyə gec götürdün?». «Yanında kim var?»...


Yadda saxlayın: mobil telefon lazım olanda əlaqə saxlamaq, ya da çox vacib sözü çatdırmaq üçündür. Kişi yanında telefon gəzdirir, hər işə qarışan deyingən qadın yox...

Qadın etdiyi zəngin yerini və vaxtını bilməlidir. Yaxşı olar ki, ilk gündən əlaqə rejimini belə qurasınız: Mobil telefona gündə 3 dəfə zəng. Ümumi danışığı isə yalnız işdən sonra axşamlar evdə aparın. Kişidə sizə zəng etmək vərdişi yaradın.


Səhv 2


Gələcək ailə həyatı, toy və uşaqlar haqqında söhbət etmək

Ümumiyyətlə, bu mövzuda söhbətlər kişilərin "ən ağır həzm etdiyi" söhbətdir. Çünki oğlanlar qızla tanış olanda və ya nişanlısı ilə oturub söhbət edəndə yalnız bir şey haqda fikirləşir: görəsən o, necə qadındır'? Yataqda mənə uyğun gələcək, ya yox?


Onun ağlından belə keçmir ki, toyu hansı şadlıq sarayında keçirmək yaxşıdır, neçə uşağı olacaq, adlarını nə qoyacaqlar'?

Belə söhbətlər səni sevəni səndən uzaqlaşdıra, ərinin hisslərini isə soyuda bilər. Gözlə, nə vaxt lazım olsa, o zaman özü danışacaq.


Səhv 3


Xırdavatı və oyuncaqları xoşlamaq və evi xırda əşyalarla bəzəmək

Çox xanımlarımız evdə televizorun, mebelin, çarpayının üstünü böyüklü-kiçikli yumşaq oyuncaqlar, mənasız və gərəksiz suvenirlər, heykəlciklər, şəkillərlə bəzəyirlər. Hətta kişi bir də gözünü açıb görür ki, maşınının salonu oyuncaq dükanına dönüb. Əvvəl «təzəhəvəs» kişilər buna göz yuma bilər. Amma sonra… əsl əsəb partlayışı baş verəcək.


O, sizin xırda «cehizinizdən» və xırdaçı arvadından sözün əsl mənasında bezəcək. Hətta arada fürsət tapıb, əşyalardan bir-ikisini aradan çıxaracaq da… Əmin olun ki, o, heç vaxt sizə xoşladığınız suveniri və oyuncağı hədiyyə etməyəcək. Çünki artıq böyümək vaxtıdır!


Səhv 4


Hər dəqiqə xəstə olduğunuzu vurğulamaq

Çernışevskinin «Kənd gözəli», "Şəhər gözəli" deyə iki yerə ayırdığı birinci qism xanımlar sağlam, güclü, kənd təsərrüfatı üçün yararlı qadınlar idi. Şəhər gözəli qisminə isə xəstə çöhrəli, əsl xristian mərhəmətinə möhtac zərif xanımlar aid edilirdi. Keçmişdə elə bizim kişilər də zəif, köməksiz, sifəti ağbəniz, qorxaq qızlardan xoşlanırdılar. Amma indi… Kişilərə sağlam, ağrıdan sızlamayan və dava-dərmana pul xərclətməyən qadınlar daha sərfəli və daha xoşdur. Onlar evdə sağlam arvadın onu qarşılamasını arzulayırlar. Ən diqqətcil kişi belə günlərlə xəstəyə baxmağa və onun nazı ilə oynamağa qadir deyil. Bir sözlə, sağlamlığınızın qeydinə qalın, bu, sizin özünüzə xeyirlidir.


Səhv 5


Bədxərclik etmək

Hər gün müxtəlif firma və bahalı kosmetik vasitələrin cəlbedici reklam çağırışları istənilən qadını yoldan çıxara bilər. Kişilərsə səhər tezdən üzlərini yumaqla da kifayətlənirlər. Bahalı salon, krem, ənlik-kirşana görə evin büdcəsini «dağıdan» qadın hansı kişinin xoşuna gələr'? Kosmetikaya verilən pul (ətirdən başqa) kişi üçün zibilliyə pul atmağa bərabərdir. Gözəllik qurban tələb edir. Amma elə edin ki, bu qurban sizin əriniz və ya sevgiliniz olmasın.


Buraxdığınız səhvləri bu xətaların içində gördünüzsə, bir daha yanlışlığa yol verməzsiniz. /ailem.az/


Müəllif:

Oxşar xəbərlər