1 May 2019 22:05
1 858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prodüser Anar Mədətovun həyat yoldaşı Elnurə Mədətova ilə ayrılma xəbəri ətrafında qalmaqal bitmir.

Teleqraf.com xəbər verir ki, məsələ ilə bağlı Anarın anası, professor Mahirə Mədətova danışıb. Aparıcı Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişində yer alan Mədətova bunları açıqlayıb:

"Onlar 22 ildir ki, evlidir. Mən oğlumun evinə 20 ildir ki, getmirəm. Elnurə və ailəsinin borcu çox idi. Hamısını da yıxırdılar Anarın boynuna. Niyə mənim oğlumun qazancını başqaları yeməlidir? Elnurə Zaqataladan gəlmişdi, sonradan Bakıda, Türkiyədə evlər aldılar.

Onlar 10 ildir ki, ayrı yaşayırlar. Oğlum hər şeyi ona verib evdən çıxıb. Amma Elnurə Anarın sürdüyü maşına da həbs qoydurub. İndi də Mahiri Anarın yerinə qoyublar, maaş kartı da əllərindədir".

Mahirə Mədətova oğlunun boşanmadan ailə qurmağa hazırlaşmasına da münasibət bildirib:
"Qız tərəfdən dedilər ki, babamız ağır vəziyyətdədir, ölür. Ona görə belə alındı. Amma toy olmayacaq"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər