Əməkdar artist Tünzalə Əliyeva sosial şəbəkədə həyat yoldaşı və qızı ilə birgə şəkillərini paylaşıb.
Teleqraf.com xəbər verir ki, aktrisanın pozitivliyi nəzərlərdən yayınmayıb.
"Rəbbim bütün ailələri qorusun. Hər şey daha gözəl olacaq insallah" deyə, o, paylaşımda yazıb.
Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa uşaqlıq borusunun xərçəngindən əziyyət çəkirdi. Bir neçə gün əvvəl halı pisləşən Tünzalə yenidən xəstəxanaya yerləşdirilib. O, xəstəliyin qayıtdığını, şişin boğazına qədər gəlib çıxdığını bildirib.