Məşhur türk müğənnisi Rafet El Romanın qızı Su atasının yolunu davam etdirir.
Teleqraf.com xəbər verir ki, o, "Sohuld have known" (Bilməliydim) adlı mahnısına klip çəkdirib. Səsi ilə diqqətləri üzərinə çəkən gənc qıza atası dəstək olub. Müğənni qızının ilk klipini sosial media hesabında paylaşıb.
Qeyd edək ki, mahnının sözü və bəstəsi Suya aiddir.