26 İyun 2019 17:44
1 572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı aktrisa Pamela Anderson futbolçu sevgilisi Adil Rami ilə ayrıldığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, 51 yaşlı aktrisa 2 il sevgili olduğu oyunçunun ona xəyanət etdiyini iddia edib.

İnstaqram hesabında açıqlama verən Anderson bunları yazıb:

“Eyni anda iki qadının beyni və ürəyinə nəzarət etmək necə mümkündür?”

Aktrisa ona xəyanət edən Ramini “canavar” adlandırıb:

“Həyatımın son iki ili yalan imiş. Böyük bir sevginin olduğuna inanmışdım, amma məni aldatdı. Bildiyim qədər eyni vaxtda iki qadınla sevgili imiş. Bunu qəbul etmək çətindir, həqiqətləri öyrəndikdən sonra darmadğın oldum. Həyatında çoxlu qadının olduğuna inanıram, o bir canavardır”.


Müəllif: Mənsur Rəğbətoğlu