7 İyul 2019 19:45
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur türkiyəli müğənni Alişan və həyat yoldaşı Buse Varol jurnalistləri və sosial media istifadəçilərini məhkəməyə verəcək.

Publika.az xəbər verir ki, buna səbəb cütlüyün fotolarının icazəsiz şəkildə reklam məqsədilə istifadə olunmasıdır.

Fotolarının icazəsiz şəkildə yayımlanmasından narahat olan cütlük artıq bu barədə vəkillərinə tapşırıq verib.

Buse Varol məsələ ilə bağlı instaqram hesabından açıqlama verib:

“Bundan sonra mənim öz səhifəmdə paylaşdığım foto və videolarımı götürüb reklam məqsədilə paylaşan şəxslər vəkilim tərəfindən tək-tək məhkəməyə veriləcək. Bu gün mənim videomu və fotolarımı paylaşıb reklam edən və etdirən bütün xəbər saytlarına aiddir. Üstəlik, başlıqlarda utanmadan evliliyimlə bağlı axmaq sözlər verirsiniz. Hamısını məhkəmədə açıqlayarsınız”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər