19 İyul 2019 08:05
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hustlers” (“İş görənlər”) adlı filmin ilk treyleri yayımlanıb.

Teleqraf.com xəbər verir ki, ekran əsərində striptizlə məşğul olan fırıldaqçı və dələduz qadınlardan bəhs edilir.

Filmdə rolları dünya şöhrətli məşhur müğənnilər, pop-diva Cennifer Lopez, repçi Kardi Bi və Konstans Vu ifa ediblər.

Ekran əsərinin süjet xəttinin əsasını striptiz klubun keçmiş rəqqasələrinin bir araya gəlib, birlikdə Uol-Stritdən olan varlı və imkanlı müştərilərinin pullarını ələ keçirmək istəkləri təşkil edir.

“Hustlers” repçi Kardi Binin aktrisa kimi ilk təcrübəsidir. Lakin rəqqasəlik onun üçün yenilik deyil. Çünki o, müğənnilik karyerasına başlamamışdan qabaq rəqqasəliklə məşğul olub.

Ekran əsərinin dünya üzrə premyerası sentyabrın 13-də olacaqsa, Rusiyada bir gün əvvəl, yəni sentyabrın 12-də nümayişə çıxacaq.


Müəllif: Teleqraf.com