11 Sentyabr 2014 12:11
1 408
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Kino Mərkəzində iki yeni filmin nümayişi başlanıb.

Nizami Kino Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, sentyabrın 11- dən etibarən mərkəzdə Amerika istehsalı olan “Lyusi ” və “Ədviyyələr və ehtiraslar” filmlərinin nümayişi başlanıb.

Rejissor Lasse Hallstryomun dram janrında çəkdiyi “Ədviyyələr və ehtiraslar ” filmi Fransaya köçmüş və orada fransız restoranı ilə üzbəüz yeməkxana açan bir hindli ailəsinin hekayəsindən bəhs edir. Filmdə rollara Helen Mirren, Şarlotta Le Bon, Maniş Dayal, Roen Çand, Cuxi Çavla və başqa aktyorlar çəkilib.

Həmçinin həmin gündən etibarən rejissor Lyuk Bessonun döyüş janrında çəkdiyi “Lyusi” filminin nümayişi başlanıb.

Hələ dünən o, qəşəng seksual sarışın qadın idi, bu gün isə - fövqəltəbii bacarıq və ağlı ilə planetin ən təhlükəli və məhvedici vücududur. Dünyanın ən yaxşı alimləri bunu inanılmaz nəzəriyyə sayarkən o gerçəklik oldu. Lyusi, qurbandan ovçuya çevrildi. Filmin sloqanı: “O – kainatın bütün sirlərinin açarıdır”

Filmdə baş qəhrəman obrazını Skarlett Yohanson canlandırıb. Rollara aktyorlar Morqan Friman, Anali Tipton, Çxve Min Sik, Amr Vakid, Meyson LiPol Çan və başqaları çəkilib.


Nərmin


Müəllif: