27 Sentyabr 2019 09:01
4 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımova Teleqraf.com-un suallarını cavablandırıb.

- Aygün xanım, "Zima" festivalında iştirak edəcəksiniz?

- Bəli, ölkəmizdə bu cür layihələrin baş tutması çox vacibdir. Sənət həyatımda Vaqif Gərayzadənin məsləhətləri çox önəmli oldu və heç vaxt onları unutmaq olmaz. Mən bilirdim ki, ulduz olacam. 80-ci illərin sonunda "Bakı payızı" müsabiqəsində bu əminliklə iştirak etdim.

"Zima" festivalının da keçirilməsi çox əhəmiyyətlidir. Bütün uşaqların bu mərhələdən keçməsini çox istərdim.

- Uşaqlarla işləmək nə dərəcədə çətindir?

- Mənim ilk təcrübəm qızım İlqarə Kazımova ilə olub. Uşaqlarla işləmək maraqlıdır. Məndə olan hər şeyi onlara verməyə çalışacam.

- Qarşıda hansı planlarınız var? Solo konsertə hazırlaşırsızmı?

- Mənim böyük planlarım var. Amma qabaqcadan bu haqda danışmaq istəmirəm.

- Müğənni Filipp Kirkorovla duet ifa etdiniz. Yenidən bir arada konsertdə ifa etməyi düşünürsünüz?

- Bəli, mən hər zaman onunla ifa etmək istəyirəm.

- Aygün xanım, imicinizi dəyişmisiniz. Saç rənginizi tündləşdirmisiniz. Bu nə ilə bağlıdır?

- Bu mənim xarakterimlə bağlıdır. Dəyişikliyi sevən insanam. Layihə oldu-olmadı, imicimi dəyişirəm.

- Sizin Rusiya mətbuatında Filipp Kirkorovla sevgili olmağınız haqda xəbərlər yayıldı. Bu doğrudur?

- Siz ki bunu yaxşı bilirsiniz sevgilim yoxdur. Amma istəsəniz sevgilim olar (gülür).

- Həyatınızda sevdiyiniz şəxs yoxdur?

- Sizdən başqa heç kim yoxdur...

Fotolar Ceyhunundur


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər