9 Oktyabr 2019 01:08
2 883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Rəqsanə İsmayılova “Maşın" şouda iştirak edən qızı Aysun İsmayılovaya dəstək ola bilməyib.

Teleqraf.com xəbər verir ki,hazırda Moskvada yaşayan Rəqsanə İsmayılova yarışma başlayan zaman İnstaqramda qızı haqda bu sözləri qeyd edib: "Bilirsən, səni nə əziyyətlə böyütmüşəm. Sən mənim həm dostum, həm də dərd ortağım olmusan. Məni Allah heç vaxt tək qoymayıb. İnşallah bütün istəyinə nail olarsan".

Aysun İsmayılovaya səsvermədə "getsin" deyənlər "qalsın" deyənlərdən çox olduğu üçün o, oyunu tərk edib.

Yarışmanın aparıcısı Murad Dadaşov oyun başlayan zaman Rəqsanə İsmayılovanı da şouda görmək istədiyini deyib.
Aysun isə "Anamın üzünü mən də görmürəm. Moskvadadır" deyərək cavab verib.

Qeyd edək ki, Aysun İsmayılova aktyor Məcid Hüseynovu hədəf seçmişdi.


Müəllif: Rəqsanə Həsənova