Müğənni Tacir Şahmalıoğlu ilə Fədayə Laçın yenidən bir araya gəliblər.
Teleqraf.com xəbər verir ki, bu haqda instaqramd a Tacir Şahmalıoğlu məlumat verib:
“Kim nə deyir, nə yazır, yazsın, fikir verməyin. Əsas odur ki, biz Fədayə xanımla Azərbaycanda nömrə bir duet ortağı olmuşuq. Və dünənki məclisimizdə gözəl duet alındı”.
Qeyd edək ki, Tacir Şahmalıoğlu bir müddət əvvəl Fədayə Laçının bacısı İlahə Fədanın onların duet oxumasına mane olduğunu açıqlamışdı.