Prodüser Tarix (Tolik) Əliyev illər öncə müğənni Xuraman Şuşalı ilə qalmaqal yaşadığını etiraf edib.
Teleqraf.com xəbər verir ki, bu haqda prodüser aparıcılıq etdiyi “Hər şey daxil” verilişində deyib: “Xuraman artıq məni bağışlayıb. Onunla 12-13 il böyük qalmaqal yaşamışdım. Xuramanın anasına Allah rəhmət eləsin. O vaxt onunla telefonla danışanda çox utandım. Dünən o hadisə yadıma düşdü. Dedim ki, Xuramandan halallıq alacam”.
Xuraman Şuşalı isə Tolikə “Bu söz-söhbət ortaya çıxmadı. Səni bağışlamışam. Bundan sonra efirinə tez-tez gələrəm” deyə, cavab verib.