"Atiye" serialı ilə gündəmdə olan məşhur aktrisa Beren Saat Yıldız Texniki Universitetinin mükafatına layiq görülüb.
Teleqraf.com xəbər verir ki, aktrisa ona təqdim edilən mükafatı İstanbul Universitetinin tələbələrinə həsr edib.
O, mətbuat nümayəndələrinin həyat yoldaşı Kənan Doğuludan boşanması haqqında suallarını da cavablandırıb. Aktrisa jurnalistlərə "Münasibətimiz yaxşıdır",- Beren Saat cavab verib.
Qeyd edək ki, bir müddət əvvəl İstanbul Universitetində tələbələr gündəlik yemək haqqının bir dəfə məhdudlaşdırılmasına etiraz etmişdilər. Onlar istəklərinə nail olmuşdular.