22 Yanvar 2020 22:10
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Şəhər İcra Hakimiyyətindən Teleqraf.com-a bildirilib ki, "Bu şəhərdə"nin konsertinin Sumqayıtda keçirilməsilə bağlı edilən müraciətə baxılıb və müsbət qərar qəbul edilib.

Odur ki, martın 1-i və 2-si “Bu Şəhərdə”nin nəzərdə tutulmuş konserti Sumqayıtda keçirilə bilər.

19:24

“Bu Şəhərdə”nin Sumqayıtda baş tutacaq konserti ləvğ edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Bu şəhərdə"nin prodüseri Müşfiq Abbasov İnstaqramda yazıb:

“Əziz Sumqayıt tamaşaçılarımız, artıq 15 gündür ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova və onun müavini Teymur Səmədova konsertlə bağlı yazdığımız məktuba cavab gəlməyib.

Teymur müəllim telefon zənglərimizə də cavab vermir. Buna görə də martın 1-i və 2-si “Bu Şəhərdə”nin Sumqayıtda nəzərdə tutulmuş konserti olmayacaq.

Nızərinizə çatdırım ki, Bakı, Moskva, London, Riqa, Köln, Tbilisi və bir çox şəhərlərdə kimsə konsert verəndə həmin yerin icra hakimiyyətindən icazə almağa ehtiyac yoxdur. Sadəcə, konsert keçirəcəyin zal ilə danışıqlar olur. Sumqayıtda isə mütləq icra hakimiyyəti icazə verməlidir. Dünyanın 40-dan çox şəhərində 300-dən çox konsert verən “Bu Şəhərdə”yə Sumqayıtda icazə vermədilər".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər