Prodüser Tarix (Tolik) Əliyevlə şairə Nazilə Səfərli arasında qalmaqal yaşanıb.
Teleqraf.com xəbər verir ki, Tolik İnstaqramda ad gününü qeyd edən Nazilə Səfərlinin plastik əməliyyatdan öncəki fotosunu paylaşaraq onu kinayəli şəkildə təbrik edib: “Dedim, ad gününü təbrik edim, çünki sən həyatda ən gözəlinə Allah tərəfindən yox, həkimlər tərəfindən layiq olmusan. Eltondan da ayrı düşmə, hər zaman yanında ol! Bəlkə arzuların çin olar.
Özü də, ay yazıq qadın, Elton səni seçsəydi, dünən verilişdə olardı. Yalandan deməzdin ki, Eltona təcil tibbi yardım gəlib. Təcili tibbi yardım gəlsin əzizlərinə!”.
Qeyd edək ki, Tolik bir nüçə gün öncə altı il çalışdığı müğənni Elton Hüseynəliyevlə iş birliyinə son qoyduğunu və onun ətrafında olan bəzi insanları görmək istəmədiyini demişdi.