27 Yanvar 2020 11:47
2 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Aysel Əlizadə “ATV maqazin onlarla” verilişinə qonaq olub.

Teleqraf.com xəbər verir ki, Aysel Əlizadə şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib.

“Ahın kimisə tutubmu” sualına müğənni belə cavab verib: “Ahım tutur, amma gec-tezi var. Bəlkə də niyyətimdə olmayıb, amma düşündüyümdən artıq olub”.

Aysel Əlizadə nişanlı olduğunu da deyib: “Yeddi-səkkiz il əvvəl elçi gəlmişdilər. Hətta nişan üzüyü də alınmışdı. Nişan mərasimini ad günümdə qeyd etmək istəyirdik. Belə bir söz var: ziyanın yarısından qaytımaq yaxşıdır. Xarakterimiz uyğun gəlmədi. Mənim üçün xarakter uyğunluğu və insanın bir-birini yola verməsi çox önəmlidir”.

Aysel Əlizadə hazırda şəxsi həyatında kimininsə olub-olmadığı sualına da cavab verib: “Şəxsi həyatımdan nə istəyirsiniz… Gözəl olmaqla deyil ki. Şəxsi həyatında kimsə olmalıdır? Gözəlin problemi daha çox olur. Özgüvən çox olur, düşünürsən ki, özünü on oğlandan yeddisininə sevdirə bilərsən”.

Qeyd edək ki, Aysel Əlizadə bir müddət əvvəl iş adamı Elçin Nəcəfovun ailəsini dağıtmaqda ittiham edilmişdi.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər