Mərhum müğənni Vidadi Bərdəlinin qızı Aytac Vidadiqızı “Şou Nyus” verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, Aytac Vidadiqızı bir zamanlar rəfiqəlik etdiyi həmkarından gileylənib:
“Şou-biznesdə heç kimlə rəfiqə deyiləm. Səmimi dostam, amma rəqabət varsa, dostluq yoxdur. Bir zamanlar dostluq etdiyim sənət yoldaşım olub. Yaxın rəfiqə olmuşuq. Hazırda populyardır, ulduzluq səviyyəsindədir. Yollarımız ayrılıb.
Mənim üçün heç bir fərqi yoxdur. Amma adını çəkmək istəmirəm. Sonra sevinər ki, Aytac mənim üzərimdən özünü reklam edir. Onsuz da kim sinəsinə döyürsə, çox getmir. Başı gicəllənir, yıxılır yerə”.
Aytac Vidadiqızının bu sözləri Damlaya ünvanladığı ehtimal olunur.