Aşıq Samirə “Şou Nyus” verilişində şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Aşıq Samirə ilk sevgilisindən danışıb: “Tələbəlik illərində sevmişəm. Bəzən deyirlər ki, ilk sevgi uşaqlıq hisləridir. Ondan sənətimə görə ayrıldıq. Bəlkə də münasibətimiz illərlə davam etsəydi və bir ömür boyu yaşasaydıq həyatımda nə isə iz buraxardı”.
Qeyd edək ki, Aşıq Samirə iki dəfə evli olub. Onun ikinci həyat yoldaşı prodüser Rizvanla nikahından bir oğlu var.