“Soy” prodakşının rəhbəri Oqtay Əliyev müğənni Kərim Abbasovdan 200 min manat tələb edir.
Teleqraf.com xəbər verir ki, müğənni Kərim Abbasov bu haqda “Hər şey daxil” verilişində danışıb: “Məhkəmədə xüsusi ittihamla mənim üçün cinayət işi açılmışdı. Hakim gördü ki, gülməli mövzudur. İndi isə mülki məhkəməyə verib və 200 min manat tələb edir.
Oqtay Əliyev, siz ümumiyyətlə, 200 mini üstü-üstə görmüsünüz? Mən görməmişəm. Yenidən fevralın 15-də məhkəmə prosesi olacaq, vəkilim də iştirak edəcək. Ona demədiyim sözə görə insan necə oyun çıxarır... Amma yenə deyirəm ki, mən sizi çox istəyirəm”.
Qeyd edək ki, Oqtay Əliyev Kərim Abbasovu ailə üzvlərinin şərəf və ləyaqətinin alçaldıldığı üçün məhkəməyə müraciət edib.
Kərim Abbasov Elçin Əlibəyli haqda qeyri-etik ifadələr işlətmiş, guya Elçinin onunla “münasibətə girmək” istədiyini bildirmişdi.
Oqtay Əliyev və Elçin Əlibəyli qardaşdırlar.