Müğənni Nura Suri aylar sonra yeni mahnısını və fotosessiyasını təqdim edib.
Teleqraf.com xəbər verir ki, o bu dəfə bəstəsi həmkarı Elçin Cəfərova, sözləri Azər Şirinə aid olan “Onunla” mahnısı ilə izləyicilərin qarşısına çıxıb.
Müğənni lahiyə üçün kameralar qarşısına keçərək dörd obrazda fotosessiya etdirib. Şəkilləri Məhəbbət Nəsirov lentə alıb.
Müğənni açıqlamasında tez-tez yeni işlər təqdim edəcəyini söyləyib: “Gözlədim ki, 2020-ci il başlasın və yeni layihələrimi təqdim edim. Üç yeni mahnım da var, bəzilərinə klip çəkdirmək niyyətindəyəm. Ümumiyyətlə, layihələri dayandırmaq fikrində deyiləm”.