19 Fevral 2020 14:07
2 319
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Gülyanaq Məmmədova “Ona qalsa” verilişində ailəsi haqqında yayılan xəbərlərə sərt reaksiya göstərib.

Teleqraf.com xəbər verir ki, Gülyanaq Məmmədova bu sözləri deyib:

“Həyat yoldaşını qazancına görə sevmirlər. Məclislər bu gün var, sabah yoxdur. Mənim ailəmin qazancını qoruyan həyat yoldaşımdır. Kişi və ya qadın, fərqi yoxdur. Birlikdə övlad böyüdürük.

Mətbuatda “Mən evə kişidən çox pul gitirirəm” başlığı ilə ailəm haqqında xəbərlər yazırlar. Bunu niyə yazırsınız? Əsl Azərbaycan ailəsində həyat yoldaşına hörmətlə yanaşmaq lazımdır”.

Qeyd edək ki, cütlüyün dörd övladı var.


Müəllif: Rəqsanə Həsənova