Bu il Niderlandda keçiriləcək “Eurovision-2020” mahnı müsabiqəsində ölkəmizi müğənni Samirə Əfəndinin təmsil edəcəyi iddia edilib.
Teleqraf.com xəbər verir ki, bu haqda “ESC Honey”adlı feysbuk səhifəsində məlumat verilib:
“Hollandiyalı musiqi prodüserləri “Eurovision-2020” mahnı müsabiqəsinə mahnı hazırlamaq üçün Bakıya gediblər. İddialara görə, Azərbaycanı bu il müsabiqədə Samirə Əfəndi təmsil edəcək. Onun ifa etdiyi mahnıda Çingiz Mustafayevin ifasında olduğu kimi uddan istifadə ediləcək”.
Hələ ki, Samirə Əfəndi bu haqda mətbuata məlumat vermir.
Qeyd edək ki, “Eurovision- 2019” mahnı müsabiqəsində Azərbaycanı müğənni Çingiz Mustafayevin təmsil edib.