7 Mart 2020 14:40
3 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mənim toylara getməyimə çox mane olublar. Yanımda dostum beş nəfər prodüserə zəng etdi, qulağımla eşitdim. Bu insanların hamısının üzünə deyəcəm ki, zəng edən mən idim. Natavan toylara getmir, Moskvadadır və sair dedilər. Toylara da gedirəm. Mənim haqqımda fikir formalaşdırıblar, özündən razıdır, toylara getmir, toyları araşdırır, camaatı bəyənmir. Bunlar mənim taleyimlə, ruzimlə oynanan bir oyundur. Allah cavablarını verəcək”.

Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi “Söhbətsiz” verilişində deyib.

O ilk dəfə rəqqasə-aktrisa Oksana Rəsulova ilə qalmaqalından danışıb: “İndi rəfiqə deyilik. Ondan dəxlisiz hərəkətlər gördüm. Oksana ilə bizim aramız Tolikin üstündə dəyib. Tolik mənimlə barışanda Oksanaya dedim ki, səninlə də barışacaq. Dedi, mən bu söhbətdə yoxam, onunla barışmıram. Dedim, sən yox, Tolik səninlə barışacaq. Sən mənə görə Toliklə dava etmisənsə səninlə də barışmalıdır.

Amma onlarının münasibətinin korlanması mənə görə deyildi. Onların davası Elşad Xoseyə görə idi, “Maşın” şoudan başlamışdı. O söhbətdən mənim xəbərim yox idi. Onların münasibəti məndən öncə pozulubmuş.

Oksana mənə demişdi ki, Tolik sənə görə mənə söydü. Toliklə danışdım ki, Oksananın könlünü almalısan. O mənim əzizimdir. Dedi ki, baş üstə.

Oksanaya bunu deyəndə razı olmadı. Bir həftə sonra Oksana Tolikə mesaj yazmışdı. Əgər belə qürurlu qızsan və istəyirdin ki, Tolik səndən üzr istəsin, niyə mesaj yazdın? Niyə elə etdi, başa düşmədim...”

Natavan aparıcının “Aygün Kazımova ilə münasibətiniz necədir” sualına cavabda isə deyib ki, hər şey Aygün Kazımova ilə başlamışdı: “Bütün problemlər onun üstündə idi. Nəticədə biz barışdıq. Ona görə mən demişəm ki, o sizi oynatmaq istəyəndə getməyin, oynammayın. O sizi oynatdı. O Aygün Kazımovadır!”


Müəllif: Rəqsanə Həsənova