7 Mart 2020 18:20
1 565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli sənətçilər Sinan Akçılla Əmrah arasında qalmaqal yaşanıb.

Teleqraf.com xəbər verir ki, Sinan Akçıl həyat yoldaşı Burcu Kıratlı ilə eyni serialda oynayan Əmrahın ünvanına sərt sözlər deyib, onun çəkilişlərdə kobud davrandığını bildirib. Bu isə ikili arasında mübahisəyə səbəb olub.

Əmrah sosial şəbəkədə Sinan Akçılın ünvanına bu sözləri yazıb: “Səndən heç vaxt mahnı istəmədim və səni bəstəkar kimi görmədim. Sən mənə zəng edib, mahnılarını satmağa çalışdın. Hər zamankı kimi çulsuz idin. Sənin mənə mahnı bəstələməyə gücün çatmaz”.

Sinan Akçılın isə Əmraha cavabı gecikməyib: “İllər əvvəl mahnıya görə görüşdük və pul müzakirə etmədən ayrıldıq. Pulun və imanın kimdə olduğu bilinməz. Şükür Allaha, məndə hər ikisi var, ən azından ailəmə, qızım və yaxud oğlum olarsa, onların gələcəklərini qaranti altına alacaq qədər... Bundan sonra nə bildirsən hüquqi yollarla cavabını alacaqsan”.


Müəllif: Rəqsanə Həsənova