Müğənni Zamiq Hüseynov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sözlərinə oxuduğu mahnıya klip çəkdirib.
Teleqraf.com xəbər verir ki, müğənni "Просто будь" adlı mahnını rus dilində təqdim edib.
Zamiq Hüseynovun martda sayca təqdim etdiyi ikinci klipdir.
Bəstənin musiqisi Alxanlı, aranjimanı isə Yaşar Baxışa aiddir.
Türkiyədə lentə alınan ekran işinin rejissorluğu Zəhra Quliyevaya həvalə olunub.