4 Aprel 2020 13:27
1 809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Könül Kərimova Xəzər TV-də yayımlanan 5/5 verilişində həyat yoldaşından danışıb.

Teleqraf.com xəbər verir ki, Könül Kərimova aparıcının "Elə qadınlar var ki, həyat yoldaşlarının səsi gələndə əsirlər" sualına belə cavab verib:

"Mən o mövzuda çox həssasam. Söz götürməyi sevmirəm. Kimsə xətrimə dəyəndə günlərlə özümə gəlmirəm".

Əməkdar artist sosial şəbəkələrdə tənqid edilməsindən də danışıb:

"Sosial şəbəkələrdə çox günahlandırırlar. Elə şeylər yazırlar ki, heç mənə aidiyyatı yoxdur. Bir az kökəlmişdim. Onu elə kobud şəkildə yazdılar ki, ayıbdır".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər