Əməkdar artist Nahidə Orucova 23 il əvvəl itirdiyi qardaşı oğlundan DNT analizi tələb edir.
Teleqraf.com xəbər verir ki, Nahidə Orucova bu haqda "Səni axtarıram" verilişində məlumat verib.
O, qardaşı öləndən spnra onun oğlunu iki yaşından görmədiyini deyib: "Qardaşım 23 il əvvəl öldürülüb. Onun əşyaları - boyunbağısı, saatı dostunda idi, amma o deyir ki, mən öldürməmişəm.
Qardaşımın həyat yoldaşı isə uşaq iki yaşını keçəndən sonra bizdən uzaqlaşdı. Dedi ki, köməyiniz lazım deyil. Qardaşımın oğlunu axtarıram və onun oğlu olub-olmamasından şübhələnirəm. Ona görə də DNT analizi istəyirəm.
Məni buna görə çox qınadılar. Amma buna heç kimin ixtiyarı yoxdur. Qınayırlar ki, niyə əvvəl axtarmırdım. Heç kim heç kimin nə yaşadığını bilməz. Onun övladını axtarmaqda bir səbəbim var, atamın adı, soyadımız onun üzərindədir. Və ad-soyadına görə analiz istəyirəm. Bəzi məsələlər var ki, onları efirə görə açıqlamıram. Bəlkə kimisə qorumağa görə. Qardaş dərdi başqa dərddir. Hər yerə həyat yoldaşımla deyil, qardaşımla gedirdim.
Qardaşımı aprelin 27-də itirmişəm. Hər dəfə bu tarix gələndə çox pis oluram. Onun ölüm mənzərəsi heç vaxt gözümün önündən keçmir".