Bu gün günorta saatlarında “O olmasın, bu olsun” filmində Gülnaz obrazı ilə tanınan aktrisa Tamara Gözəlova dünyasını dəyişib.
Aktrisanın bacısı qızı Teleqraf.com-a açıqlamasında Tamara Gözəlovanın xərçəng xəstəliyindən vəfat etdiyini deyib: "Bu gün günorta saatlarında dünyasını dəyişdi. Döş xərçəng xəstəliyindən əziyyət çəkirdi. 2000-ci ildən müalicə alırdı. Heç nə danışa bilmirdi. Bir kəlimə deyə bilmədi. Bir ay idi ki, vəziyyəti pis idi. Vida mərasimi olmayacaq, icazə yoxdur. Əhmədli qəbristanlığındə dəfn ediləcək".
Qeyd edək ki, Tamara Gözəlovanın 80 yaşı var. O, AzTV-də diktor kimi də fəaliyyət göstərmişdi.