Dominikandan Türkiyəyə gələn "Survivor 2020" komandası Maltəpədə yerləşən Memar Sinan Yurdunda karantinə alınıb.
Teleqraf.com xəbər verir ki, məşhur aparıcı və prodüser Acun Ilıcalının komandası Türk Hava Yollarının təyyarəsi ilə İstanbula gəlib.
113 nəfərdən ibarət heyət 5 avtobusla Maltəpəyə yola salınıb. Onlar 14 gün müddətində koronavirus pandemiyasına görə karantində olacaqlar.
Onların arasında 6 qat dünya çempionu Pərviz Abdullayev də var.