20 May 2020 12:51
1 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nura Suri şəxsi həyatı haqqında açıqlama verib.

Teleqraf.com-un xəbərinə görə, müğənni "Show news" verilişində dördüncü dəfə ailə qurmasından danışıb:

"Sənə dəyər verən kişi xeylağı olmalıdır. Elə biri olsa, ailə qurmağı düşünərəm. Mən də bilirsiniz, çox erkən ailə qurmuşam, tez böyümüşəm. Ona görə də bu şey keçmişdə qalıb. Ay kompleks edim, kiminsə fikrinə dəyər verim, kim nə fikirləşər və sair - insanın daxilində, beynində olan bu kimi problemlər onun üzünə vurur. Mənim nə sevgilim var, onun dərdini çəkim, nə də buna ehtiyac duyuram. Nə də baş-beynimi aparan var.

Maşallah, övladlarımı böyütmüşəm. Ailəli də olmuşam. Bu şeylərin dərdini çəkmirəm. Sevgi insanın daxilində olmalıdır, bu o demək deyil ki, sevgi yalnız qarşı cinsə bağlı hissdir. İnsan özünü, ətrafını, bəşəriyyəti, canlıları sevir.

İnsanın daxilində sevgi varsa, gözəlləşir. Çünki hər şeyə sevgi ilə pozitiv yanaşır, həmçinin özünə. Bir insanı sevmək üçün təkcə onun surəti deyil, xasiyyəti, dərrakəsi, hər şey yeri-yerində olmalıdır. Səxavətli və vicdanlı olmalıdır. Xanımın qədrini bilən ona dəyər verən kişi xəylağı olmalıdır. Elə biri olsa, düşünərəm. Həyatda kiməsə görə niyə vaxtını itirəsən?.."


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər