30 May 2020 15:56
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənim TV 8 kanalında yayımlanan "O Səs Türkiyə" yarışmasının münsiflər heyətində dəyişiklik olacaq.

Teleqraf.com xəbər verir ki, münsif kürsüsündə əyləşən müğənnilər Murat Boz və Hadisə sosial şəbəkədə paylaşımları ilə diqqət çəkiblər. Onların müsabiqədən getdiyi iddia edilib.

Layihənin rəhbəri və aparıcısı Acun Ilıcalı qatıldığı canlı yayımda ad çəkmədən "O Səs Türkiyə" yarışmasının münsiflər heyətində dəyişiklik olacağını açıqlayıb: "Dörd münsifin hər biri mənim üçün çox dəyərlidir və onları sevirəm. Ancaq tamaşaçılar dəyişikliyi sevir".

Qeyd edək ki, müsabiqənin çəkilişləri sentyabr ayında başlanılacaq. Yarışmada Seda Sayan, Beyazıt Öztürk, Hadisə və Murat Boz münsif idi.


Müəllif: Rəqsanə Həsənova