2007-ci ildə 6 yaşında ikən “Dünyanın ən gözəl qızı” seçilən Tilan Blondenin yeni görüntüləri yayılıb.
Teleqraf.com xəbər verir ki, İnstaqramda 3,5 milyon izləyicisi olan Tilan pandemiya dövründə Parisdəki evində çəkilmiş fotolarını paylaşıb. Model bu günlərdə 19 yaşını qeyd edib.
Xatırladaq ki, T.Blonde 2018-ci ildə də “İlin ən gözəl siması” tituluna layiq görülüb. O, dizayner Veronika Loubri ilə fransalı futbolçu Patrik Blondenin qızıdır.
Tilan “L'Officiel”, “Vogue” kimi məşhur jurnalların üz qabığında da çəkilib.