Moskavadan gələrkən koronavirus pandemiyasına görə Xızıda otellərin birində karantinə alınan müğənni Damla 5/5 verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, müğənninin anası Mədinə xanım telefon vasitəsilə ilk dəfə efirdə qızı haqqında danışıb:
"Damlaya hər şeyi başa salıram, adət-ənənəmizi, geyim tərzini. Arada ona deyirəm ki, açıq-saçıq, qısa geyinməsin. Mənə qulaq asır. Damlanın "Yara" mahnısını çox sevirəm".
Daha sonra Mədinə xanım aparıcının "Küçədə Damla haqqında pis sözlər eşidərkən necə reaksiya göstərirsiniz?" sualına isə belə cavab verib.
"O zaman heç kimə cavab vermirəm. Çalışıram ki, nə yaxşısına, nə də pisinə reaksiya verim. Elə bilirəm ki, yad qızıdır. Sakit dururam. Damladan başqa Nadir Qafarzadə, Lalə Məmmədova və Elza Seyidcahana qulaq asıram. Röya Ayxan və Aygün Kazımovaya da qulaq asıram. Amma heç vaxt deməmişəm ki, Aygün Kazımova və Röya Ayxan kimi geyinsin. Hərənin öz tərzi var.
Mən onun müğənni olmasına razı olmamışdım, atası razı idi. Mən həmişə narazı olmuşam. Bu, atasının arzusu idi, çünki o, aktyor olmaq istəyirdi, amma evdən icazə verməyiblər".
Qeyd edək ki, bir müddət əvvəl Damlanın "Xəzər" televiziyasında çıxışına qadağa qoyulduğu bildirdib.