Türkiyənin məşhur prodüser və aparıcısı Acun Ilıcalı 20 yaşlı sevgilisi Ayça Çağla Altunkaya ilə İstanbula dönüb.
Teleqraf.com xəbər verir ki, "Survivor 2020" nin çəkilişləri üçün Dominikanda karantində olan Acun Ilıcalı sevgilisi Ayça Çağla Altunkaya ilə səssizcə Türkiyəyə gəlib.
Sevgilisi ilə Bəbəkdə görüntülənən Acun Ilıcalı Altunkaya ilə birlikdə obyektivə tuş gəlməmək üçün xeyli cəhd göstərib.
Mətbuat nümayəndələrinin suallarına cavab verən Ilıcalı "Bu müddətdə bizim üçün çox dua etdilər. Ən çox uşaqlarım üçün darıxdım", - deyə qeyd edib.