Qızıl yel xəstəliyindən əziyyət çəkən əməkdar artist Aybəniz Haşımova qızı Aynişan Quliyevanın evinə köçüb.
Teleqraf.com xəbər verir ki, Aybəniz Haşımova İnstaqramda foto paylaşaraq bu sözləri qeyd edib:
"Canım oğlum, Kənan, Allah səni, ailəni qorusun. Çox sağ ol, balam. Doqquz gün başımın üstündə dağ kimi dayanmağın mənə hünər, cəsarət, ümid verdi. Allaha çox şükür, mənə sənin kimi oğlan verdiyinə görə.
Düzdür, istəməzdim, belə bir müddətdə sizə yük olum, amma neynəmək olar? Qismətdən artıq yemək olmur. Yəqin bu da bir imtahandır. İnşallah, yaxşı olacam, üzülməyin, balalarım".
Qeyd edək ki, Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva fitness məşqçisi Kənan Əliyev ilə evlidir.